Çempionlar Liqası: "Sabah" bu gün İsveç klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Sabah" bu gün İsveç klubu ilə qarşılaşacaq

17 Sentyabr 2024

Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Sabah" komandası bu gün ilk oyununa çıxacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, son ölkə çempionu 1/4 finalda İsveçin "Norçeppinq" kollektivini sınağa çəkəcək. Türkiyənin Antalya şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Bu cütün qalibi sentyabrın 19-da baş tutacaq yarımfinal oyununda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.