Azərbaycan millisinin üzvləri əməliyyat olunub
Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvləri Turan Bayramov və Əliabbas Rzazadə əməliyyat olunub.
Güləş Federasiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu T.Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.
Hər iki cərrahiyyə əməliyyatı “Liv Bona Dea” hospitalında baş tutub.
T.Bayramovun 5, Ə.Rzazadənin isə 6 aydan sonra millinin təlim-məşq toplanışındaproseslərində iştirakı gözlənilir.