Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edib -

Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edib - FOTO

25 İyul 2024

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli iyulun 25-də Kəngərli rayonunda vətəndaşları qəbul edib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, əvvəlcə mərkəzdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əzəmətlə ucalan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.

Qazi və sağlamlıq imkanı məhdud şəxslərin də iştirak etdiyi qəbulda  nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri ilə bağlı müraciətlər dinlənilib və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2024-cü il üçün “İş Planına” əsasən həyata keçirilir.