Azərbaycan Çin şirkətləri ilə Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılmasını müzakirə edib
Azərbaycan və Çin şirkətləri arasında Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılmasını müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Çinə işgüzar səfər çərçivəsində Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşdük. Orta Dəhliz vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində gorülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə etdik. Çin nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildirdilər", - deyə o qeyd edib.