Azərbaycan və Əfqanıstan "Lapus Lazuri" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və Əfqanıstan arasında "Lapus Lazuri" marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və "Lapus Lazuri" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq", - deyə o qeyd edib.