İnformasiya və rabitə müəssisələri əhaliyə 2,5 milyard manatlıq xidmət göstərib
Yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2555,2 milyon manatlıq xidmət göstərilib. Onun da 73,4 faizi əhali tərəfindən istehlak olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12,3 faiz artıb.
Xidmətlərdən əldə edilən gəlirin 35,6 faizi və ya 908,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.