Rahid Ələkbərli Şərur rayonunda vətəndaşları qəbul edəcək

Rahid Ələkbərli Şərur rayonunda vətəndaşları qəbul edəcək

21 Noyabr 2024

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 27 noyabr 2024-cü il tarixində saat 10:00-da Şərur rayonunda nəqliyyat, telekommunikasiya, internet və poçt xidmətləri sahələrində sakinləri maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qəbula yazılmaq üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (036) 550-99-04 və ya (010) 230-71-65 nömrəli telefonları vasitəsi ilə qeydiyyatdan keçmək olar.