Şəxs boşanma üçün fərqli şəhər və rayondan müraciət edə bilərmi ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Rayon qeydiyyatında olan şəxs boşanmaq üçün yaşadığı ünvandan (digər şəhər və rayondan) müraciət edə bilərmi?
Cavab: Boşanmaq üçün şəxs özünün ya da cavabdehin qeydiyyat yeri üzrə müraciət etməlidir.
Mülki Prosessual Məcələnin 36-cı maddəsinə əsasən isə aşağıdakı hallarda -Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov