Axşam içki içən şəxsə səhər buna görə cərimə yazıla bilərmi? -

Axşam içki içən şəxsə səhər buna görə cərimə yazıla bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

19 Noyabr 2024

Sual: Axşam içki içən şəxsə səhər buna görə cərimə yazıla bilərmi?

Cavab: Sürücünün nə zaman içməsindən asılı olmayaraq içkidən istifadə etməsi faktını təsdiq etmək üçün xüsusi texniki vasitə ilə (alkotesterlə) yoxlanılması zamanı və ya sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə həkim-narkoloq tərəfindən aparılan tibbi müayinənin nəticəsində qanda alkoqolun (spirtin) miqdarı 0,3 promilli və daha çox olarsa,bu halda o, sərxoş hesab edilir. Sürücü belə vəziyyətdə idarə etmək hüququnun olduğu və ya olmadığı halda nəqliyyat vasitəsini idarə etdikdə müvafiq inzibati məsuliyyətə cəlb olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov