Normativ hüquqi akt nədir? -

Normativ hüquqi akt nədir? - HÜQUQ MƏSLƏHƏTİ

18 Noyabr 2024

Sual: Normativ hüquqi akt nədir?

Cavab: Konstitusiya Qanununda normativ hüquqi akta müvafiq anlayış verilməklə yanaşı, onu digər hüquqi akt növlərindən fərqləndirən 4 əsas əlaməti müəyyən edilmişdir.

1.Tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilir;

2.hamı üçün məcburi davranış qaydalarını əks etdirir;

3.qeyri-müəyyən subyektlər dairəsi üçün nəzərdə tutulur;

4.dəfələrlə tətbiq olunan müəyyən formalı rəsmi sənəddir.

Normativ hüquqi akt hesab olunan hüquqi aktların dairəsi Konstitusiya Qanununun 2-ci maddəsi ilə müəyyən edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov