Bu il "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat həyata keçirilib
2024-cü ildə "SİMA" və "ASAN imza" ilə 47 milyondan çox əməliyyat həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
"Texnoloji inkişafla yanaşı, hər kəs üçün vacib məsələ həm də təhlükəsizlikdir. "SİMA" və "ASAN imza" vasitəsilə bu il həyata keçirilən əməliyyatların heç biri kiber hücuma məruz qalmayıb. Bu da rəqəmsal platformalara inamı artırır. Bu platformalar təkcə hökumətin günlük fəaliyyətində deyil, həmçinin digər sahələrdə də geniş istifadə olunur", - deyə o qeyd edib.