Naxçıvan Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin olunub
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyinat olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublikanın mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Kamandar Asəf oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Kamandar Ələkbərov bu təyinatadək Nazirliyin Aparatının Kadr və ümumi işlər sektorunun müdiri vəzifəsində çalışıb.