“Zəfər Günü şanlı tariximizdir” adlı tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər Günü şanlı tariximizdir” adlı tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev çıxış edərək bildirib ki, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və tariximizə Zəfər Günü kimi şanlı bir gün əbədi həkk olundu.
Tədbirdə digər çıxışlar dinlənilib, daha sonra Agentliyin kollektivi Naxçıvan şəhərində Zəfər Abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri qoyublar.