Naxçıvanda noyabrın 8-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında noyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° (bəzi dağlıq ərazilərdə 3°-dək şaxta), gündüz 12-17° isti olacağı gözlənilir.