Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib -

Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib - FOTO

07 Noyabr 2024

8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin kollektivi Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirliyin kollektivi tərəfindən Babək rayonunun Şıxmahmud kəndindən şəhid Əliyev Fərmin Fərman oğlunun, Yarımca kəndindən şəhid Vəlizadə İbrahim Malik oğlunun və 2016-cı ildə şəhid olmuş, Şıxmahmud kənd qəbiristanlığında dəfn edilən şəhid Məmmədov Toğrul Səyyad oğlunun məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla anılıb.

Ziyarətdən sonra şəhid Fərmin Əliyev və şəhid İbrahim Vəlizadənin ailələri ilə görüş keçirilib, şəhidlərimizin fədakarlığının xalqımız üçün böyük qürur mənbəyi olduğu bildirilib. Maliyyə naziri Həsən İsmayılov şəhidlərin xatirəsini daim uca tutmağın hər bir vətəndaşın borcu olduğunu qeyd edib.

Şəhidlərin valideyinləri də öz ürək sözlərini kollektivlə bölüşüblər. Şəhid Əliyev Fərminin və şəhid Vəlizadə İbrahimin valideyinləri övladlarının qəhrəmanlığı ilə qürur duyduqlarını və onların Vətən uğrunda şəhid olmalarının ailələri üçün şərəf olduğunu vurğulayıblar. Onlar belə ziyarətlərin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirərək övladlarının xatirəsinin yaşadılmasına görə minnətdarlıqlarını ifadə ediblər.