“AZIREX-2024” birgə taktiki təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb - FOTO
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçirilən “AZIREX-2024” birgə taktiki təlimində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup şəxsi heyəti və gəmisi Vətənə qayıdıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimdə fərqlənmiş bir qrup hərbi dənizçi fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, "Dənizdə axtarış-xilasetmə" birgə taktiki təliminə Azərbaycan HDQ-nin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılıb.