Dövlət Vergi Xidmətinin kollektivi şəhid ailələrini ziyarət edib - FOTO
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kollektivi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ziyarət olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şəhid ailələri ilə keçirilən görüşlərdə vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılmış, şəhid və qazilərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunmuş, onların əziz xatirəsinin hər kəsin qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyi, onların sosial məsələlərinə daim həssaslıqla yanaşıldığı diqqətə çatdırılıb.
Şəhidlərin ailə üzvləri qəhrəmanlar haqqında xatirələrini bölüşmüş, onlara dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.