Muxtar Babayev AGN koordinatorları ilə iqlim maliyyələşdirilməsini müzakirə edib

Muxtar Babayev AGN koordinatorları ilə iqlim maliyyələşdirilməsini müzakirə edib

07 Noyabr 2024

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Afrika Danışıqçılar Qrupunun (AGN) aparıcı koordinatorları ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Qeyd olunub ki, görüşdə tərəflər iqlim maliyyələşdirilməsi və adaptasiya məsələlərini, həmçinin digər vacib məsələləri müzakirə ediblər.

"İqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) müzakirələrin əsasını təşkil edəcəyi üçün COP29 Afrikada iqlim dəyişikliyinə dayanıqlığa və adaptasiyaya töhfə verən tərəqqiyə nail olmağı hədəfləyir", - məlumatda bildirilib.