Zəfər Gününə həsr olunmuş şahmat turnirində mükafatçılar bəlli olub - FOTO
Naxçıvan Şahmat Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş FIDE qeydiyyatlı beynəlxalq reytinq turniri başa çatıb. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Şahmat Federasiyası tərəfindən birgə təşkil olunan turnirdə 32 şahmatçı İsveçrə sistemi üzrə 9 turdan ibarət ibarət mübarizədə iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nəticələrə əsasən məktəblilərin Avropa çempionu Yasin Əzimov 8 xallıq göstərici ilə yarışın qalibi olub. Beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev yarım xal fərqlə ikinci yerə sahib çıxıb. Beynəlxalq usta Pərviz Qasımov isə turniri üçüncü yerdə tamamlayıb.
Nigar Qənbərli qadınlar, Ramal həsənov 14 yaşlılar, Lətif Muradlı 12 yaşlılar, Bəxtiyar Cəfərli 10 yaşlılar, Anar Əsgərov Əsgərov 8 yaşlılar arasında, Adil Sevdimalıyev veteranlar, Hüseyn Quliyev isə ən azyaşlı kateqoriyası üzrə qalib olublar.
Adıçəkilən idmançılara pul mükafatı təqdim olunub.