Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı veloyürüş keçiriləcək

Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı veloyürüş keçiriləcək

06 Noyabr 2024

Tarixi Zəfərimizin dördüncü ildönümü münasibətilə təşkil olunacaq veloyürüşə hər kəs qoşula bilər. İştirakçılar Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkından (start) etibarən təyin olunmuş marşrut üzrə Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələrindən hərəkət etməklə yenidən Zəfər Parkına (finiş) geri dönəcəklər. İştirakçılar finişədək 7400 metr məsafə qət etməli olacaqlar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, budəfəki veloyürüş sadəcə idman yarışı deyil, həm də tarixi zəfərimizi birgə qeyd edə biləcəyimiz sosial bir aksiyadır. Buna görə də yaş limiti təyin olunmayıb. Lakin nəzərə almaq lazımdır ki, iştirakçı velosipedi normal idarə edə biləcək vəziyyətdə və sağlıqda olmalıdır.

Oğlan (kişi) və qız (qadın) velosipedçilər arasında ilk üç yerin sahibləri mükafatlandırılacaqdır. Bundan əlavə, yürüşün ən yaşlı və ən azyaşlı iştirakçıları da təltif olunacaqdır.