Naxçıvanda oktyabrın son gününə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında oktyabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° (bəzi yerlərdə 2°-dək şaxta), gündüz 13-18° isti olacağı gözlənilir.