Son 3 ay ərzində mədəniyyət müəssisələrinə 232 nəfər işə qəbul edilib

Son 3 ay ərzində mədəniyyət müəssisələrinə 232 nəfər işə qəbul edilib

31 Oktyabr 2024

Cari ilin avqust-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrə ümumilikdə 232 nəfər işə qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, avqust ayında Dövlət İmtahan Mərkəzi və Nazirliyin birgə keçirdiyi müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş 8 nəfər musiqi məktəblərində müəllim vəzifəsinə təyin edilib.

Sentyabr ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin nəticələrinə uyğun olaraq uğur qazanmış 5 namizəd musiqi məktəbinə direktor təyin edilib.

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə sentyabr-oktyabr ayları ərzində keçirilən müsahibələr nəticəsində ümumilikdə 79 nəfər işə təyin edilib.

Teatr müəssisələrinə işə qəbul üçün keçirilən müsahibələrdə isə 7 nəfər uğur qazanaraq işlə təmin edilib.

Əlavə olaraq müvafiq dövr ərzində Nazirliyin Aparatında və tabe müəssisələrində müddətli müqavilə əsasında ümumi vəzifələrə,həmçinin texniki işlərə ştat vahidinə uyğun olaraq işçi qəbulu həyata keçirilib.

Qeyd edək ki, mədəniyyət müəssisələrində kadr potensialının möhkəmləndirilməsi, istedadlı şəxslərin işlə təmin edilməsi bundan sonra da davam etdiriləcək.