Müvəqqəti ixrac dedikdə nə başa düşülür? -

Müvəqqəti ixrac dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

26 Fevral 2024

Sual: Müvəqqəti ixrac dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130-cu maddəyə əsasən:

Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur.

Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Gömrük Məcəlləsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Yaqub Salamzadə

Mənsurə Hümbətova