Girov qətimkan tədbiri hansı cinayəti törətmiş şəxslərin barəsində seçilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Girov qətimkan tədbiri hansı cinayəti törətmiş şəxslərin barəsində seçilə bilər?
Cavab: Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və ya ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini (sənədli qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər.
Girov qətimkan tədbiri məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Girov qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Məhkəmə girov qətimkan tədbirinin seçilməsini mümkün hesab etdikdə, girovun məbləğini müəyyən edir.
Girovun qoyulması həm təqsirləndirilən şəxsin әmlakı və vəsaiti, həm də onun yaxın qohumlarının və ya digər fiziki və hüquqi şəxslərin əmlakı və vəsaiti hesabına həyata keçirilə bilər. Girovun dəyərini sübut etmə vəzifəsi girov qoyanın üzərinə düşür.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov
Mənsurə Hümbətova