
Avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi hansı inzibati tənbehə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi hansı inzibati tənbehə səbəb olur ?
Cavab: AR inzibati xətalar məcəlləsinin 333.1 maddəsinə uyğun olaraq dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Sualı cavablandırdı: Babək rayon Prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Nəriman Vəliyev