Şəhid ailələrinin üzvləri üçün vakansiya seçimi mərhələsinə start verilir

Şəhid ailələrinin üzvləri üçün vakansiya seçimi mərhələsinə start verilir

26 İyul 2024

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 28 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.