Naxçıvanda martın 5-nə olan hava proqnozu

Naxçıvanda martın 5-nə olan hava proqnozu

05 Mart 2025

Naxçıvan Muxtar Respublikasında  martın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq yerlərdə arabir yağış yağacağı və duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz isə 5+10° isti olacağı proqnozlaşdırılır.