Naxçıvanda küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

Naxçıvanda küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

05 Mart 2025

Martın 5-6-da Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, muxtar respublikanın bütün rayonlarında dağlıq ərazilərdə fasilələrlə qərb küləyi əsəcək. Bəzi yerlərdə küləyin sürəti  15-20 m/san təşkil edəcək.

Qərb küləyinin fonunda temperaturun tədricən yüksələcəyi gözlənilir ki, bununla bağlı yüksək dağlıq ərazilərdə qar uçqunun olması ehtimalı var.