
Mart ayında Naxçıvanda hava necə olacaq?
Naxçıvanda mart ayına gözlənilən hava pronozu açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mart ayının ilk günündə ölkə ərazisində hava şəraitinin yağıntılı və şaxtalı keçəcəyi gözlənilir. Sonrakı günlərdə hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında havanın orta aylıq temperaturu 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 1-6 dərəcə isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-44 mm).