Naxçıvanda martın 4-nə olan hava proqnozu

Naxçıvanda martın 4-nə olan hava proqnozu

04 Mart 2025

Naxçıvan Muxtar Respublikasında  martın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq yerlərdə arabir yağış yağacağı və duman olacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz isə 5+10° isti olacağı gözlənilir