
Naxçıvanda martın 6-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında martın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 0+5° şaxta, gündüz isə 8-13° isti olacağı gözlənilir.