Xüsusi və müvəqqəti vergi rejimləri tətbiq edilə bilərmi ? -

Xüsusi və müvəqqəti vergi rejimləri tətbiq edilə bilərmi ? - HÜQUQ MƏSLƏHƏTİ

01 Noyabr 2024

Sual: Xüsusi və müvəqqəti vergi rejimləri tətbiq edilə bilərmi ?

Cavab: Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq xüsusi və müvəqqəti vergi rejimləri tətbiq edilə bilər. Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur. Müvəqqəti vergi rejimi dedikdə, təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların, böyük ekoloji və başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə baş verən hadisələrin təsiri nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qism sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin müvəqqəti qaydası nəzərdə tutulur.

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev