Uşaq hüquqlarını müdafiə edən orqanlar siyahısına hansı orqanlar aiddir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Uşaq hüquqlarını müdafiə edən orqanlar siyahısına hansı orqanlar aiddir?
Cavab: Uşaq hüquqları haqqında Azərbaycan respublikası qanuna əsasən Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
Sualı cavablandırdı: Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Gülçin İsgəndərova