Valyuta tənzimi qaydalarının pozulmasına görə cərimə həddi -

Valyuta tənzimi qaydalarının pozulmasına görə cərimə həddi - HÜQUQ MƏSLƏHƏTİ

04 Noyabr 2024

Sual: Valyuta tənzimi qaydalarının pozulması zamanı inzibati cərimənin həddi necə müəyyənləşdirilmişdir?

Cavab: Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə- inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov