Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim olunub

07 Noyabr 2024

Cəbrayıl şəhərinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yeni köçürülən ailələrə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Onlara tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Qeyd edək ki, bu mərhələdə Cəbrayıl şəhərinə daha 30 ailə - 150 nəfər köçürülüb. Bununla da Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.