Naxçıvanda Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb

Naxçıvanda Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb

07 Noyabr 2024

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun cari hesabına 2024-cü ilin yanvar-oktyabr ayları ərzində qaytarılan güzəştli kreditlər üzrə daxilolmaların məbləği 15,7 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2024-cü ilin 10 ayı ərzində 10,4 milyon manat  vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 dəfə çoxdur.