Azərbaycan Qazaxıstanla nüvə enerjisi üzrə təcrübə əməkdaşlığını müzakirə edib
Azərbaycan Qazaxıstanla nüvə enerjisi sahəsində təcrübə əməkdaşlığını müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İtaliyaya səfəri çərçivəsində Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə görüşdə baş tutub.
"Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, “yaşıl enerji” sahəsində üçtərəfli strateji tərəfdaşlığa dair sazişin imzalanması, eləcə də COP çərçivəsində keçiriləcək tədbirlər və nüvə enerjisi sahəsində təcrübə əməkdaşlığı ilə bağlı məsələləri müzakirə etdik”, - nazir "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.