“8 Noyabr-Zəfər Günü” ilə bağlı onlayn dərs keçirilib -

“8 Noyabr-Zəfər Günü” ilə bağlı onlayn dərs keçirilib - FOTO

07 Noyabr 2024

Noyabrın 7-də Xatirə Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Zəfər tariximiz” mövzusunda interaktiv dərs keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Pərviz Quliyev tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərə müzəffər ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərməsi və qəhrəmanlıqla savaşaraq qələbə qazanması, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqavimətinin qırılması haqqında ətraflı məlumat verilmişdir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin milli və dövlətçilik maraqlarımızı hər zaman rəhbər tutmaqla nümayiş etdirdiyi qətiyyətli mövqe, siyasi iradə, o cümlədən Qarabağla bağlı müəyyənləşdirdiyi düzgün strategiya və yol xəritəsi Aprel Zəfərini, Günnüt Qələbəsini təkrarlamağa hər an hazır olduğumuzun əyani təzahürü idi. 

Dərsdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhramanlığından bəhs olunaraq qeyd olunmuşdur ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Naxçıvandan olan hərbiçi-zabitlər idi.