Şəxsin sağ olması faktı notarius tərəfindən təsdiq edilə bilərmi ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsin sağ olması faktı notarius tərəfindən təsdiq edilə bilərmi?
Cavab: “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız Notariat haqqında Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.
Notarius şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq etməli və maraqlı şəxslərə bu halı təsdiq edən şəhadətnamə verməlidir. Yetkinlik yaşına çatmamışın sağ olması faktı onun qanuni nümayəndələrinin (valideynlərin, övladlığa götürənlərin, qəyyumların və ya himayəçilərin) xahişi ilə təsdiq edilir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov