Protest vermək hüququ kimlərə məxsusdur ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ kimlərə məxsusdur?
Cavab: Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsində nəzərdə vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.
İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir:
1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;
2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;
3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov