Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri hansılardır?
Cavab: Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
1. cərimə;
2. xüsusi müsadirə;
3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
4. hüquqi şəxsi ləğv etmə.
Xüsusi müsadirə Cinayət Məcəlləsinin 15-1-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq edilir.
Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov