Cinayət qanunvericiliyinə əsasən hansı cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət qanunvericiliyinə əsasən hansı cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir?
Cavab: İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir.
Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov