Sürücülük vəsiqəsi ilə bağlı qanun pozuntularına görə cərimə məbləği... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə cərimə necə müəyyən edilmişdir?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 339.3-cü maddəsinə əsasən inzibati xətanı törətmiş şəxslər iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov