Torpaq sahəsinin dövriyyəsi dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Torpaq sahəsinin dövriyyəsi dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 85-ci maddəsinə əsasən:
Torpaq sahəsinin dövriyyəsi — torpaq sahəsinin bir mülkiyyət növündən digərinə, torpaq sahəsi üzərində hüquqların torpaq münasibətlərinin iştirakçılarının birindən digərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada və xüsusiyyətlərə uyğun olaraq müqavilələrin və digər əqdlərin bağlanması yolu ilə keçməsidir..
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə