Naxçıvanda dekabrın 4-nə olan hava proqnozu

Naxçıvanda dekabrın 4-nə olan hava proqnozu

04 Dekabr 2024

Naxçıvan Muxtar Respublikasında dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 4-9 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə  0-5° (bəzi yerlərdə 4°-dək şaxta), gündüz 6-11° isti olacağı ehtimal olunur.