İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri necə tənzimlənir ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində necə tənzimlənir ?
Cavab: İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Nurlan Əhmədli