Paşinyan COP-29-da ölkəsinin iştirakı məsələsinə avqustda aydınlıq gətirəcək

Paşinyan COP-29-da ölkəsinin iştirakı məsələsinə avqustda aydınlıq gətirəcək

24 İyul 2024

Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Hraparak" qəzetinə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.