Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədində xidməti dayandırır
Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədində xidmətlərini dayandırır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, Rusiya sərhədçiləri 2025-ci il yanvarın 1-dən etibarən Ermənistan-İran sərhədində xidməti dayandıracaq.
Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.