Putin Moskvada Paşinyanla danışıqlar aparacaq

Putin Moskvada Paşinyanla danışıqlar aparacaq

07 Oktyabr 2024

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının oktyabrın 8-də keçiriləcək iclasından əvvəl danışıqlar aparılacaq.