Naxçıvanda tibbi müayinələr aparılır -

Naxçıvanda tibbi müayinələr aparılır - FOTO

01 Noyabr 2024

Naxçıvan MR Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvan MR QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Şərur rayonu və onun kəndlərində genişmiqyaslı müayinələr aparılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması, xəstəlik hallarının erkən mərhələdə aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsidir.

Qeyd edək ki, müayinələr bir neçə gün davam edəcək və bu müddət ərzində vətəndaşlara müvafiq tibbi dəstək və maarifləndirmə xidmətləri də göstəriləcək.